Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsas rolları əməkdar artistlər Şövqi Hüseynov (Məşədi İbad), Səidə Şərifəliyeva (Gülnaz) və gənc vokalçı Amil Məmmədov (Sərvər) ifa edəcəklər.
Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimovadır.