Bank Of Baku

“AtaBank”ın öhdəliklərinin həcmi 472 mln. manatı ötüb

“AtaBank”ın öhdəliklərinin həcmi 472 mln. manatı ötüb
# 24 aprel 2018 09:19 (UTC +04:00)

“AtaBank”ın aktivlərinin həcmi 2018-ci ilin I rübündə 619,512 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,4% çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18% artaraq 393,742 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 28,44% artaraq 329,107 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 304,207 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 38% artım deməkdir. Ümumilikdə, bankın öhdəlikləri hesabat dövrünün sonuna 472,353 mln. manat təşkil edir.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,23 dəfə artaraq 142,080 mln. manat, nizamnamə kapitalı isə 2,1 dəfə artaraq 119 mln. 924 min 800 manat təşkil edib.

 

Cari ilin yanvar-mart aylarında bankın gəlirləri 12,997 mln. manat, xərcləri isə 12,163 mln. manat olub.

 

Bu ilin ilk üç ayını bank 340,98 min manat xalis mənfəətlə başa vurub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR