Türkiyə DİN sistemində 9 minə yaxın məmur işdən uzaqlaşdırılıb - YENİLƏNİB

Türkiyə DİN sistemində 9 minə yaxın məmur işdən uzaqlaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 18 iyul 2016 11:35 (UTC +04:00)

Bakı - APA. Türkiyə Daxili İşlər Nazirliyi sistemindən uzaqlaşdırılan dövlət məmurlarının sayı açıqlanıb.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə DİN-dən bildiriblər ki, nazirlik sistemində ümumilikdə 8 min 777 məmur vəzifədən kənarlaşdırılıb. Onların arasında 1 vilayət valisi, mərkəzi aparatdakı 29 vali, 52 mülki müfəttiş, 16 hüquq müşaviri, 1 baş müdir, 2 idarə rəisi də var.  

 

Bu şəxslərdən neçə nəfərinin həbs olunduğu açıqlanmayıb.

 

***

 

 

Saat 11.26

 

Bakı – APA. Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.  

 

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR