Azərbaycan-Gürcüstan sərhədindəki Laqodexi keçid məntəqəsi yenidən qurulacaq

Azərbaycan-Gürcüstan sərhədindəki Laqodexi keçid məntəqəsi yenidən qurulacaq
# 22 aprel 2013 14:53 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşündə müzakirə edilən məsələlərdən biri də iki ölkə arasındakı gömrük məntəqələrində olan vəziyyət, o cümlədən növbələr olub.

«APA-Economics»in məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gömrük Xidmətinin rəisi Laşi Xuçişvili Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə keçirilən görüşündən sonra bildirib.

Onun sözlərinə görə, məntəqələrdə olan problemlərin həlli üçün işçi qrupun yaradılması qərara alınıb: “Biz alternativ olaraq başqa bir məntəqənin də aktivləşdirilməsini nəzərdə tuturuq. Görüşdə onun modernizasiya olunmasını da müzakirə etdik ki, bu sıxlıq aradan qaldırılsın”.


Gürcü qonaq bildirib ki, problemin necə həll olunacağı işçi qrupun araşdırmalarından sonra məlum olacaq: “Variantlardan biri Qırmızı Körpünün yenidən qurulmasını nəzərdə tutur ki, artıq ikinci məntəqəyə ehtiyac olmasın. Digər tərəfdən, düşünürük ki, lazım gələrsə, Laqodexidə olan məntəqə ilin sonunadək modernləşdirilib istifadəyə verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR