Liviyada ABŞ səfiri Kris Stivenin qətlində şübhəli bilinən şəxs saxlanıb

Liviyada ABŞ səfiri Kris Stivenin qətlində şübhəli bilinən şəxs saxlanıb
# 15 mart 2013 04:14 (UTC +04:00)

Bakı-APA. Liviyada ABŞ-ın Benqazidəki səfirliyinə hücum törətməkdə və ABŞ səfiri Kris Stivenin qətlində şübhəli bilinən şəxs saxlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalına istintaqa yaxın mənbələr məlumat verib.

Məlumata görə, şübhəli şəxs Fərəc əl Şibli artiq 2 gündür saxlanılıb. O Pakistandan Liviyaya qayıtdıqda dərhal həbs olunub. Kanalın məlumatına görə, Fərəc əl Şibli 1990-cı illərin ortalarında Liviyanın lideri Müəmmər Qəddafini devirməyə çalışan üsyançı qruplaşmanın üzvü olub.

Hələlik qeyd olunan məlumata rəsmi şərh verilməyib.

Xatırladaq ki, 2012-ci ilin sentyabrında ABŞ-ın Benqazidəki konsulluğunun atəşə tutulması nəticəsində ABŞ-ın Liviyadakı səfiri Kris Stivens, səfirliyin başqa bir əməkdaşı və 2 keçmiş xüsusi təyinatlı həlak olub. İnsidenti ABŞ hökuməti araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR