SKMF Sabunçu rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Sabunçu rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 28 mart 2013 07:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik həcmli cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR