Nazir müavini: "Azərbaycan ciddi qaz təchizatçısı, Gürcüstan isə tranzit dəhliz kimi beynəlxalq bazarda uzun illər işləyəcək”

Nazir müavini: "Azərbaycan ciddi qaz təchizatçısı, Gürcüstan isə tranzit dəhliz kimi beynəlxalq bazarda uzun illər işləyəcək”
# 15 iyun 2016 11:03 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. "Bir neçə ay əvvəl biz praktiki olaraq Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı möhkəmləndirməyə dair əlavə qərar qəbul etməyə nail olduq. Gürcüstanın ehtiyacı olarsa, bizə Azərbaycandan əlavə 500 mln kub/m qaz veriləcək".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib.

O bildirib ki, bu resurs 2020-ci ilədək Gürcüstanın ehtiyacını ödəyəcək.

Nazir müavini Gürcüstanın qarşıdan gələn qış mövsümünə tam hazır olduğunu bildirib: “Təbii qaza qənaət məqsədilə ötən ilin oktyabrında Qardabanidə 240 mVt gücündə istilik elektrik stansiyası istismara vermişik. Sözsüz ki, Gürcüstanda qazlaşdırma sahəsində SOCAR intensiv fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycan ciddi qaz təchizatçısı, Gürcüstan isə tranzit dəhliz kimi beynəlxalq bazarda uzun illər işləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR