Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq olunub

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq olunub
# 12 mart 2015 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq olunub.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.


Rəyasət Heyətinin iclasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı da təsdiq olunub. Akademik Rasim Əliquliyev çıxışında bildirib ki, bu il yanvarın 30-da Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki konfransı keçirilib: “Hesabat-seçki konfransında 2014-cü ilin hesabatı qəbul olunub”.


Rəyasət Heyətinin bugünkü iclasında “2015-2024-cü illərdə mədəni bitkilərin genetik Ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı” da müzakirəyə çıxarılıb.


Akademik Qərib Məmmədov Dövlət Proqramı haqda çıxış edib. Rəyasət Heyətinin qərarı ilə “2015-2024-cü Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”nın icrasına nəzarət Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədova tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR