Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin vətəndaşlarla görüşü vaxtı dəyişdirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirin iyulun 15-də Qəbələ şəhərində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan qəbul vaxtı dəyişdirilib.
Görüşün iyul üzrə keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.