Çelyabinskdə meteorit düşüb, bir neçə nəfər yaralanıb - VİDEO

Çelyabinskdə meteorit düşüb, bir neçə nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 15 fevral 2013 07:22 (UTC +04:00)

APA-nın məlumatına görə, zərbə nəticəsində zavodun inzibati binalarının pəncərələri qırılıb, dörd nəfər yüngül yaralanıb.

Hadisə nəticəsində Çelyabinskdə bir neçə evin də şüşələri sınıb. Fövqəladə Hallar Nazirliyi regionda radiasiya fonunun normada olduğunu bildirir.

Qeyd edək ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR