Serbiyada 13 nəfərin qətli ilə bağlı matəm elan olunub

Serbiyada 13 nəfərin qətli ilə bağlı matəm elan olunub
# 10 aprel 2013 04:27 (UTC +04:00)

Bakı-APA. Serbiyada Velika İvança kəndində 13 nəfərin qətli ilə bağlı aprelin 10-u ümummilli matəm günü elan olunub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar hökumət tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində bayraqlar aşağı enəcək, əyləncəli tədbirlər və teleproqramlar ləğv olunub, qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, hadisə aprelin 9-da paytaxt Belqraddan 60 km cənubda yerləşən Velika İvança kəndində qeydə alınıb.

62 yaşlı kənd sakini, 1991-95 –ci illərdəki Xorvatiya müharibəsinin veteranı Lyubiş Boqdanoviç 13 nəfəri – 6 kişi, 6 qadın və 1 körpəni güllələyib. Öldürülənlərin hamısı onun qonşusu olub. Qətldən sonra L.Boqdanoviç özünü və həyat yoldaşını da öldürməyə cəhd edib. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR