Venesuela ABŞ vətəndaşlarına viza rejimi tətbiq edib

Venesuela ABŞ vətəndaşlarına viza rejimi tətbiq edib
# 01 mart 2015 03:53 (UTC +04:00)

APA-nın “Frans Pres”-ə istinadən verdiyi xəbərə görə, Venesuela lideri bu yolla Amerika təsirini nəzarətə almaq niyyətində olduğunu bildirib.

Maduro həmçinin ABŞ-ın Karakasdakı diplomatik korpusunun heyət tərkibini nəzərdən keçirərək ixtisar edilməsinə dair göstəriş verib.

Venesuela prezidenti qeyd edib ki, ABŞ-ın Karakasda 100-dək diplomatı olduğu halda Venesuelanın ABŞ-dakı səfirliyində cəmi 17 əməkdaş çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR