DİN Biləsuvardakı qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Biləsuvardakı qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 13 oktyabr 2014 11:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 11-də Biləsuvar rayonunun Zəhmətabad kəndində rayon sakini, əvvəllər məhkum olunmuş Tofəddin Hacıyev evinin həyətində qızı Aidəni bıçaqla qətlə yetirib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Hacıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR