“Dördlər finalı”nda ilk oyunu “Rabitə” keçirəcək

“Dördlər finalı”nda ilk oyunu “Rabitə” keçirəcək
# 15 fevral 2013 09:00 (UTC +04:00)

Bakı-APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın cütləri və təqvimi məlum olub. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə” klubu yarımfinalda İtaliya çempionu “Yamamay”ı sınağa çəkəcək. Digər finalçını Türkiyə təmsilçiləri - “Vakıfbank”la “Qalatasaray” müəyyənləşdirəcək.

Görüşlər martın 9-10-da İstanbulda keçiriləcək. Həlledici mərhələnin ilk oyununda isə “Rabitə” meydana çıxacaq.

9 mart

1/2 final

16:00. “Rabitə” (Azərbaycan) – “Yamamay” (İtaliya)

19:00. “Qalatasaray” (Türkiyə) – “Vakıfbank” (Türkiyə)

10 mart

III yer uğrunda

16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu

Final

19:00. 2-ci cütün qalibi - 1-ci cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR