Belarusda Avropa İttifaqına qanunsuz şəkildə miqrant keçirmək istəyən azərbaycanlı saxlanılıb

Belarusda Avropa İttifaqına qanunsuz şəkildə miqrant keçirmək istəyən azərbaycanlı saxlanılıb
# 27 avqust 2015 12:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Belarusda avtomobili ilə Litvaya xarici vətəndaşları keçirmək istəyən azərbaycanlı saxlanılıb. APA-nın “Soyuz.by” saytına istinadən verdiyi məlumata görə, 26 avqust tarixində Belarus sərhədçiləri Belarus-Litva sərhədindən 8 km uzaqlıqdakı Raduta kəndində Azərbaycan vətəndaşının idarə etdiyi “Nissan” markalı avtomobili saxlayıblar. Sürücü minik avtomobilində özündən başqa heç kəsin olmadığını iddia eləsə də sərhədçilər avtomobilin salonunda daha altı nəfər aşkar ediblər. Onlardan ikisi Çeçenistandan olan Rusiya vətəndaşı, dördü isə Vyetnam vətəndaşı olub. Saxlanılan şəxslər yolu azdıqlarını bildiriblər. Lakin avtomobilin yük yerində aşkar edilən şəxsi əşyalarla dolu çamadanlar onların əvvəlcədən planlaşdırılmış şəkildə, qeyri-leqal yolla Avropa İttifaqı ərazisinə keçmək istədikləri aydınlaşıb. Sərhəd pozucuları Smorqon Sərhəd Qrupununun müvəqqəti saxlanma təcridxanasına aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR