Azərbaycanda yaşayan Türkiyə vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları parlament seçkilərində səs verə biləcəklər
# 27 may 2015 14:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edə biləcəklər. Türkiyə səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanda müvafiq ünvanlarda qeydiyyatı olan Türkiyə vətəndaşları Bakıdakı səfirlik, Gəncə və Naxçıvan şəhərlərindəki baş konsulluq binalarında səs verəcəklər. Səsvermə saat 10.00-da başlayacaq və 19.00-da başa çatacaq. Səfirlikdə 5, baş konsulluqların hər birində isə 1 səsvermə qutusu qoyulacaq.

Azərbaycanda qeydiyyatda olan türkiyəli seçicilərin sayı 6 min 558 nəfərdir. Onlardan 5 min 916-sı Bakıda, 340-ı Gəncədə, 302-si Naxçıvanda qeydiyyatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR