Prokuror adam öldürməkdə və silah saxlamaqda təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror adam öldürməkdə və silah saxlamaqda təqsirləndirilən şəxslərə cəza istəyib
# 16 oktyabr 2014 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən Yusif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək K. Knyazlının 10 il, Y. Məhərrəmovun isə 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 30-da metronun “Xətai” stansiyası yaxınlığında baş verib. Hadisə zamanı Ceyhun Maqsudova bıçaqla xəsarət yetirilib.

Faktla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb. C. Maqsudov isə bıçaqlandıqdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K. Knyazlı və Y. Məhərrəmov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR