Türkiyənin tanınmış iş adamı Ənvər Örən vəfat edib - FOTO

Türkiyənin tanınmış iş adamı Ənvər Örən vəfat edib - <span style="color: red;">FOTO
# 23 fevral 2013 08:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Türkiyənin məşhur holdinqlərindən “İhlas Holding”in sahibi, tanınmış iş adamı Ənvər Örən dünyasını dəyişib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Örən fevralın 22-də axşam böyrək çatışmazlığı diaqnozu ilə müalicə aldığı Memorial Xəstəxanasında vəfat edib. Onun beyninə qan sızıb.

74 yaşında vəfat edən Ə. Örən bu gün İstanbuldakı Eyyub Sultan məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə. Örən media sektorunda da fəaliyyət göstərirdi. O, “Türkiye” qəzeti və TGRT telekanalının qurucusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR