Milli Məclisin üzvləri AŞPA komitələrinin iclaslarına qatılacaqlar

Milli Məclisin üzvləri AŞPA komitələrinin iclaslarına qatılacaqlar
# 18 mart 2015 15:42 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, deputatlar qurumun Parisdə keçiriləcək Sosial sağlamlıq və səhiyyə, həmçinin Miqrasiya, qaçqınlar və əhali üzrə komitələrinin iclaslarında iştirak edəcəklər.

Komitə iclaslarında Avropanın yeni sosial modeli, əczaçılıq sənayesinin mənfi təsirlərindən qorunmaq üsulları, "İŞİD" adlanan terrorçu qrupla mübarizənin gücləndirilməsi, Ukraynada baş verən münaqişələr zamanı itkin düşən, məcburi köçkünə çevrilən insanların taleyi, qanunsuz miqrasiyanın aradan qaldırılması və digər məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR