Gürcüstanın sabiq müdafiə naziri 7,5 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın sabiq müdafiə naziri 7,5 il müddətinə azadlıqdan məhrum edilib
# 22 oktyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 7,5 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, Tbilisi Şəhər Məhkəməsinin qərarında sabiq nazir üç il ərzində hər hansı dövlət vəzifəsi tutmaq hüququndan da məhrum olunub.

B. Axalaya Gürcüstan CM-in 114-cü (işgəncə) və 332-ci (xidməti səlahiyyətlərdən sui-istifadə), eləcə də 333-cü maddəsi (xidməti səlahiyyətləri aşmaq) üzrə təqsirli bilinib.

Cinayət işi 2006-cı il yanvarın 12-də Tbilisinin Navtluqi rayonu ərazisində həyata keçirilmiş xüsusi əməliyyata görə açılıb. İstintaq materiallarına görə, əməliyyat zamanı üç gənc öldürülüb. Cinayət işində adı keçən Levan Kardava və Georgi Mazmişvili qəsdən adamöldürmədə ittiham olunur. Daha bir müttəhim Data Axalaya isə hazırda Yunanıstandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR