DİN Bakıda valyutadəyişmə məntəqəsinə basqın edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

DİN Bakıda valyutadəyişmə məntəqəsinə basqın edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib
# 02 mart 2015 15:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakıda valyutadəyişmə məntəqəsinə basqın edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, bu gün Bakının Nəsimi rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqələrindən birinə gələn naməlum şəxs və ya şəxslər oranın işçisinə küt alətlə xəsarət yetirərək 20 min manat və 20 min dollar pul aparıblar: “Hadisə yerinə dərhal polis əməkdaşları çıxıb və əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, “Lent.az” saytının yaydığı məlumata görə, basqına məruz qalan valyutadəyişmə məntəqəsi "ZaminBANK"a məxsus olub. Basqın zamanı xəsarət alan isə oranın əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğludur. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR