Masallıda "Ford" markalı minik avtomobili yanıb

Masallıda "Ford" markalı minik avtomobili yanıb
# 15 avqust 2014 21:46 (UTC +04:00)

Bakı-APA. Masallıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tikilidə baş verib. Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə, çardağına yığılmış 3 ton ot bağlamasının 2 tonu və qarajın içərisində "Ford" markalı minik avtomobilinin yanar hissələri yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR