Xorvatiya millisinin yeni baş məşqçisi bəlli olub - VİDEO

Xorvatiya millisinin yeni baş məşqçisi bəlli olub - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2015 17:14 (UTC +04:00)

Bakı-APA. Niko Kovaçın istefaya göndərilməsindən sonra Xorvatiya millisinin yeni baş məşqçisinin kimliyi bəlli olub.

 

Apasport.az saytının bu ölkənin futbol federasiyasının saytına istinadən məlumatına görə, bu vəzifəyə Ante Kaçiç təyin olunub.

 

Onunla 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb.

 

Kaçiç 2003-2006-cı illər arasında Liviya yığmasında həmyerlisi İliya Lonkareviçin köməkçisi vəzifəsində çalışıb. O, həmçinin həmin ölkənin U-21 milli komandasının baş məşqçisi kimi də çalışıb və “Aralıq Dənizi Oyunları”nda komandasına bürünc medal qazandırıb.

 

Qeyd edək ki, sabiq baş məşqçi Niko Kovaç Azərbaycan (0:0) və Norveçlə oyunlardan (0:2) sonra vəzifəsindən azad edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR