İbrahim Şehiç: “Biz belə güclü və ciddi rəqib gözləmirdik”

İbrahim Şehiç: “Biz belə güclü və ciddi rəqib gözləmirdik”
# 23 iyul 2015 02:59 (UTC +04:00)

Bakı-APA. “Biz belə güclü və ciddi rəqib gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rudar” – “Qarabağ” (0:1) matçından sonra serbiya mətbuatına açıqlamasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Hazırlaşmaq üçün az vaxtlarının olduğunu qeyd edən qolkiper “Rudar”a da gələcəkdə uğurlar arzulayıb:

“Hədəfimizə çatmaq bizim üçün çox çətin oldu. Ancaq əsas odur ki, biz mərhələni keçə bildik. İndi rahatlıqla “Seltik”lə oyuna hazırlaşa bilərik. “Rudar”a isə gələcək oyunlarda uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR