Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib
# 27 avqust 2015 12:58 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Təhsil naziri Mikayıl Cabbarov Sumqayıtda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda 120-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər həllini tapıb.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR