İranda 1 nəfər edam edilib

İranda 1 nəfər edam edilib
# 17 aprel 2013 23:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Kirman vilayətində 1 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan adı və soyadı açıqlanmayan məhbus aprelin 17-də səhər saatlarında Zərənd şəhər həbsxanasında dara çəkilib. Üzərində 1 kiloqram 875 qram heroinlə 40 yaşlı məhbus Zərənd İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib. Hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Qeyd edək ki, “Amnesty İnternational”ın (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR