ABŞ Ukraynaya minaatan əleyhinə radar sistemləri verib

ABŞ Ukraynaya minaatan əleyhinə radar sistemləri verib
# 22 noyabr 2014 07:22 (UTC +04:00)

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv Uorren açıqlayıb. O bildirib ki, Ukraynaya verilən radiolokasiya sistemləri minaatan atəşinin yaxınlaşdığını görür və tez bir zamanda düşmən mövqelərini müəyyənləşdirir. S. Uorren deyib ki, bu sistemlərdən nə zaman və harada istifadə olunacağını Ukrayna özü müəyyənləşdirəcək.

Pentaqon ümumilikdə Ukraynaya 20 bu tip sistem təqdim olunacağını elan edib. Bu, ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollarlıq hərbi yardımın tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR