Məhkəmə İcra Hakimiyyətinin vətəndaşa qarşı şikayətini təmin etməyib

Məhkəmə İcra Hakimiyyətinin vətəndaşa qarşı şikayətini təmin etməyib
# 06 iyul 2016 08:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Murad Məmmədov adlı şəxs icra hakimiyyəti tərəfindən verilən sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati – iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.

Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR