Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur - YENİLƏNİB - VİDEO

Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur - <span style="color: red;">YENİLƏNİB   - <span style="color: red;">VİDEO
# 07 noyabr 2014 07:46 (UTC +04:00)

APA-Economics”in Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 10:25 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata istinadən xəbərinə görə, Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb.

Qeyd edək ki, tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir. NİİM-in məlumatında qeyd olunur ki, sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Yeri gəlmişkən, Ziya Bunyadov prospektinin bir hissəsində də körpü-tikinti və tunel tikintisi məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.

Xətai rayonu ərazisində Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətində də yol bağlıdır. Bu ərazidə yolda asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır.

Asfalt işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək yol müvəqqəti bağlanıb.

Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yol bağlıdır.

* * *

Saat 10:25

Bakı - APA. Bu gün səhər saatlarından etibarən Bakının mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunur.

APA-nın xəbərinə görə, şəhərin bir neçə giriş istiqamətində yaranmış tıxac iki saatdan artıqdır ki, davam edir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, bu gündən etibarən, paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacaq.

Sürücülərə alternativ olaraq Həsənoğlu və Əhmədbəy Ağaoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.

(Foto:Gənclərin səsi radiosu)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR