Novosibirskdə həmyerliləri olan biznesmenləri girov götürməkdə və beş nəfəri öldürmək cəhdində təqsirləndirilən azərbaycanlılara hökm oxunub

Novosibirskdə həmyerliləri olan biznesmenləri girov götürməkdə və beş nəfəri öldürmək cəhdində təqsirləndirilən azərbaycanlılara hökm oxunub
# 03 iyun 2015 07:29 (UTC +04:00)

APA-nın “novospress.ru” saytına istinadən verdiyi məlumata görə, regional prokurorluğun bu barədə yaydığı xəbərdə bildirilir ki, 2010-2011-ci illərdə xarici vətəndaşlar Novosibirsk vilayətində yaşayan həmyerlilərini şantaj etməklə məşğul olublar. Bundan başqa, azərbaycanlılar pul almaq məqsədilə biznesmenləri girov götürmək və 5 nəfəri öldürmək cəhdində təqsirli bilinirlər. Soyğunçuluq fəaliyyətləri zamanı müxtəlif vaxtlarda yoldan təsadüfən keçən şəxslərin və hücum təşkil etdikləri “Kuri-qril” köşkünün satıcısının yaralanmasına da səbəb olublar.

Xatırladaq ki, kəllə -beyin travması alan müttəhimlərdən biri cinayət cəzasından məhrum olaraq məcburi müalicəyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR