Azərbaycan və Tacikistan arasında bitki karantini sahəsində əməkdaşlıq sazişi parlamentdə müzakirəyə çıxarılacaq

Azərbaycan və Tacikistan arasında bitki karantini sahəsində əməkdaşlıq sazişi parlamentdə müzakirəyə çıxarılacaq
# 20 noyabr 2014 15:52 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, iclası aparan komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

Layihə barədə danışan Milli Məclis Aparatı İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə deyib ki, 2014-cü il oktyabrın 16-da prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı imzalanan sənəd insan sağlamlığı və bitkilərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir: “Bitki karantini hər bir dövlətin daima diqqət mərkəzində və nəzarətində olan aqrar bölmənin mühüm sahəsidir. Buradakı hər hansı bir nöqsan insan tələfatına və bitkilərin məhvinə səbəb ola, həm də ölkə iqtisadiyyatına külli miqdarda ziyan vura bilər. Saziş bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynayır”.

Qeyd olunub ki, 13 maddədən ibarət olan sazişdə bitki karantini sahəsində əməkdaşlıq üçün vacib olan amillər əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR