“APA Holding”in prezidenti Vüsalə Mahirqızı Xəzər Universitetində keçirilən təlimin qonağı olub - FOTOSESSİYA

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı Xəzər Universitetində keçirilən təlimin qonağı olub   - <span style="color: red;">FOTOSESSİYA
# 20 dekabr 2012 12:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, universitetin Jurnalistika Departamentinin hazırladığı təlimdə çıxış edən müəllim Vəfalı Bilaloğlu Ənsər tələbələrin jurnalistikanın iş prinsipləri, xəbərin hazırlanması metodları ilə bağlı bu sahədə çalışanlardan, təcrübəli mütəxəssislərdən öyrənmələrinə önəm verdiklərini, bunun üçün də mütəmadi təlimlər təşkil etdiklərini deyib.

APA Holding”lə bağlı tanıtım filminə baxıldıqdan sonra Vüsalə Mahirqızı xəbər agentliklərinin informasiya bazarındakı yeri və funksiyaları barədə danışıb.

Holdinq rəhbəri konkret misallarla dünya və Azərbaycan xəbər məkanındakı real vəziyyəti təhlil edib. O, həmçinin xəbər agentliklərinin ölkənin informasiya təhlükəsizliyindəki rolu, iş prinsipləri barədə də məlumat verib.

Daha sonra Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR