Bakı sakini evində ölmüş halda tapılıb

Bakı sakini evində ölmüş halda tapılıb
# 29 avqust 2014 20:20 (UTC +04:00)

Bakı-APA. Bakı sakini evində halda tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar xəttinə daxil olan məlumatda Bakının Binəqədi rayonunda, 1963-cü il təvəllüdlü Xəlifəli Dünya Böyükağa qızının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub.

FHN-nin xilasetmə qüvvələri binanın 11-ci mərtəbəsindəki mənzilə daxil olublar. Hadisə yerinə çağırılmış həkimlərin apardığı ilkin müayinə zamanı D.Xəlifəlinin vəfat etdiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR