“Muğanbank” ASC 2014-cü ilin II rübünün maliyyə göstəricilərini açıqlayıb

“Muğanbank” ASC 2014-cü ilin II rübünün maliyyə göstəricilərini açıqlayıb
# 24 iyul 2014 08:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-ci il iyulun 1-nə “Muğanbank” ASC-nin aktivlərinin həcmi 364,670 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % çoxdur. Bankdan “APA –Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın məcmu kapitalı 53,796 mln. manat təşkil edib.

2014-cü ilin iyulun 1-nə bankın depozit portfeli 125,591 mln. manata çatıb. 2014-cü ilin iyul ayına olan göstəricilərə əsasən bankın kredit portfeli 16,1% artaraq 257,925 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 222,224 mln manat təşkil edib.

Müvafiq dövr üzrə “Muğanbank” ASC-nin gəlirləri də artıb. Belə ki, bankın faiz gəlirləri 19,487 mln. manata, qeyri-faiz gəlirləri isə 8,393 mln. manata çatıb.

“Muğanbank” ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 68%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR