Bank Of Baku

Tbilisidə Heydər Əliyevə həsr olunmuş elmi konfrans keçirilir - YENİLƏNİB

Tbilisidə Heydər Əliyevə həsr olunmuş elmi konfrans keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 21 aprel 2018 09:34 (UTC +04:00)

“Gürcüstanın dövlət kimi mövcud olmasında Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş strateji layihələrin rolu böyükdür”.

 

APA-nın yerli bürosunun məlumatına görə, bunu İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) keçirilən “Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi konfransda universitet Senatının spikeri, professor Kaxaber Loriya deyib.

 

O bildirib ki, Heydər Əliyevin Azərbaycan və Gürcüstan xalqları arasında qardaşlıq münasibətlərinin qurulmasında və inkişaf etdirilməsindəki rolunu qiymətləndirmək çox çətindir: “Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında və Qafqazda epoxal və tarixi rolu var. Gürcüstanın vətənpərvərləri Heydər Əliyevin rolunu yüksək qiymətləndirir”.


Gürcü professor qeyd edib ki, Gürcüstan və Azərbaycanın ümumi maraqları və ərazi bütövlüyü ilə bağlı eyni problemi var. Hər iki dövlət bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır”.


Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən söz açıb: “Heydər Əliyev Azərbaycan və gürcü xalqları arasında dostluq münasibətlərinin əsasını qoyub. O, hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verib. Azərbaycan çətin dövrlərində həmişə Gürcüstanın yanında olub”.


Diplomat qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında mövcud münasibətlər bundan sonra da daha da inkişaf edəcək. 

 

***

 

11.14

 

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlığın ideologiyası” adlı elmi konfrans keçirilir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tədbirdən öncə konfrans iştirakçıları Heydər Əliyev adına parkda onun büstü önünə əklil qoyaraq xatirəsini yad ediblər.

 

Konfransın “Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında Heydər Əliyevin rolu” bölməsində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan və Azərbaycan ali məktəblərinin professorları, elmi işçiləri və TDU-nun azərbaycanlı tələbələri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR