Azərbaycan prezidenti: “Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir”

Azərbaycan prezidenti: “Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir”
# 13 iyul 2015 14:22 (UTC +04:00)

Bakı-APA. “Bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib deyib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb, sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 1 faizdən çox artıb: "Ölkədə infilyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub, kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslər müşahidə edilir, Yaxın Şərqdə qanlı toqquşmalar dayanmayıb, Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir, bütün bunlar bizi düşünməyə vadar edir. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıqda da Azərbaycanın milli maraqları əsas götürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR