Şəmkirdə baş verən qəzada bir ailənin 4 üzvü ölüb - YENİLƏNİB-4

Şəmkirdə baş verən qəzada bir ailənin 4 üzvü ölüb - <span style="color: red;">YENİLƏNİB-4
# 16 iyun 2016 21:55 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəzada ölənlər “VAZ 2106” markalı avtomobilin sürücüsü Yeni Həyat kənd sakini, 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova, gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova və qızı 1980-ci il təvəllüdlü Xanım Bayramovadır.

Yaralılar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramov və “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarovdur.

Xəsarət alan V. Bayramov və İ. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

**** 22.53

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə “Mercedes” lə “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından APA-nın qərb bürosunun verilən məlumata görə, xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib. Bundan əvvəl qəza zamanı “VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində öldüyü bildirilmişdi.

“Mercedes”in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

“VAZ” da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

“Mercedes” in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb “VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

**** 22.38

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Mercedes” lə “VAZ 2106” nın toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Qəza zamanı “VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində ölüb. Digər 6 nəfər İntiqam, Vaqif, Xanım, Rəna, Vahid və Rəna adlı şəxslər isə (soyadları dəqiqləşdirilir – red.) müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlı olmaqla bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

“VAZ” da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

“Mercedes” in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb “VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

*** 21.32

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” lə “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olaraq, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR