Kolumbiya hökuməti və üsyançılar arasında tarixi sülh sazişi imzalanıb

Kolumbiya hökuməti və üsyançılar arasında tarixi sülh sazişi imzalanıb
# 24 iyun 2016 02:22 (UTC +04:00)

Bakı-APA. “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra atəşkəsə dair tarixi sülh sazişi imzalanıb.

APA-nın “RİA Nobosti”yə istinadən verdiyi xəbərə görə, sənəd Havanada Kolumbiya prezidenti Manuel Santos və üsyançıların lideri Timoleon Himenes tərəfindən imzalanıb.

Üç il davam etmiş danışıqların nəticələrinin əks olunduğu sənədə əsasən, FARC-ın şəxsi heyəti saziş imzalandıqdan sonra 180 gün ərzində tam tərxis olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR