"App Store" kiberhücuma məruz qalıb

"App Store" kiberhücuma məruz qalıb
# 21 sentyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "App Store" internet mağazasına irimiqyaslı kiberhücum olub.

"APA-Economics"in "İnterfax"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Virus "iPhone" və "iPad" cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.

Bundan başqa, kibercinayətkarlar "iOS" və "Mac apps" üçün əlavələrin yaradılmasında istifadə olunan "Xcode" proqramını dəyişdirməyi də bacarıblar.

Qeyd edək ki, yararsız "Xcode" proqramı Çin serverindən yüklənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR