Mərkəzi Bank: I rübdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslər fonunda Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirib

Mərkəzi Bank: I rübdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslər fonunda Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirib
# 27 may 2015 09:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) mürəkkəb xarici iqtisadi mühit şəraitində fəaliyyət göstərib.

APA-Economics”in xəbərinə görə, bu barədə AMB-nin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.

İcmalda bildirilir ki, dünya neft bazarında qiymətlərin aşağı düşməsi və ticarət tərədaşı olan bır sıra ölkələrdə iqtisadi artım perspektivlərinin pisləşməsi müşahidə olunub: “Eyni zamanda tərəfdaş ölkələrin əksəriyyətində milli valyutaların ucuzlaşması baş verib. Xarici iqtisadi mühitin birbaşa və dolayı təsirləri ilə valyuta bazarında xarici valyutaya tələb əhəmiyyətli artıb. Hesabat dövründə pul-məzənnə siyasəti tədiyyə balansı və valyuta bazarında yaranmış yeni meyllərə uyğun olaraq həyata keçirilib. Məzənnə siyasəti üzrə ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının gücləndirilməsinə yönəldilmiş qərarlar qəbul edilib. Dövr ərzində məzənnə siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılıb”.

Nəşrdə qeyd olunub ki, 2015-ci ilin I rübündə təkrəqəmli inflyasiya müşahidə olunub, ən zəruri istehlak məhsullarının qiymətləri məqbul səviyyədə saxlanılıb. Ümumilikdə, dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslər fonunda Azərbaycan iqtisadiyyatı 2015-ci ilin I rübündə də dinamik inkişafını davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR