Obama: «Boston partlayışlarına görə məsuliyyət daşıyanlar tutularaq cəzalandırılacaqlar»

Obama: «Boston partlayışlarına görə məsuliyyət daşıyanlar tutularaq cəzalandırılacaqlar»
# 16 aprel 2013 00:47 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Bostonda baş verən partlayışlardan sonra güc strukturlarına və yerli hakimiyyət orqanlarına bütün ölkə üzrə təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.

«Mən ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş vermişəm», deyə Obama xalqa müraciətində bildirib.

O həmçinin Boston partlayışlarına görə məsuliyyət daşıyanların tutularaq cəzalandırılacaqları bəyan edib.

Xatırladaq ki, Boston marafonunun finiş xətti yaxınlığında baş verən partlayış nəticəsində ən azı 2 nəfər həlak olub, 130 nəfər isə xəsarət alıb.

Partlayışlar terror aktı kimi qiymətləndirilir. Bu son 11,5 il ərzində ABŞ ərazisində həyata keçirilən ən irimiqyaslı terror aktıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR