Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
# 25 iyul 2014 03:43 (UTC +04:00)

Bakı-APA. Bakı şəhəri, Yasamal rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR