ABŞ səfiri: “Özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”

ABŞ səfiri: “Özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”
# 06 aprel 2015 09:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.

Bu barədə “APA-Economics”ə “AmCham”dan məlumat verilib.

R. Sekuta palatanın üzvləri qarşısında çıxış nitqində özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərindən danışıb: “Azərbaycan və ABŞ, o cümlədən Azərbaycanla dünya ölkələri arasında mövcud olan iqtisadi əlaqələr çox böyük potensiala malikdir. Bizim özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR