Bakıda naməlum kişi yanaraq ölüb

Bakıda naməlum kişi yanaraq ölüb
# 08 noyabr 2014 16:12 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən APA-ya verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədənində müxtəlif yanıq xəsarətləri olan 20-25 yaşlı kişi tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR