Bakı. Etibar Məmmədov - APA. Bakıda dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər nazirliyin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.