Azərbaycanın 2015-ci il üçün büdcə zərfi Milli Məclisə daxil olub

Azərbaycanın 2015-ci il üçün büdcə zərfi Milli Məclisə daxil olub
# 15 oktyabr 2014 08:37 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi yaxın 10 günə deputatlara paylanacaq və ondan sonra komitələrin iclası təyin olunaraq müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR