Azərbaycanla Belarus arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Belarus arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
# 06 oktyabr 2015 11:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla Belarus arasında sağlam təməllər üzərində qurulan münasibətlərin formalaşmasında hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edən DGK sədri A. Əliyev qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

G. Axramoviç Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirib. Diplomat iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR