Azərbaycan ərazisində yağmurlu hava davam edəcək - VİDEO

Azərbaycan ərazisində yağmurlu hava davam edəcək  - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2015 09:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlıq ərazilərdə gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 7-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR