Azərbaycanda elmi təşkilatlarda magistratura yaradılacaq

Azərbaycanda elmi təşkilatlarda magistratura yaradılacaq
# 06 oktyabr 2015 09:44 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklik magistratura ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən indiyə qədər magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb.


Dəyişikliyə əsasən bundan sonra magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da yaradıla bilinəcək. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR