Qəbələdə "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib - VİDEO

Qəbələdə "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib - <span style="color: red;">VİDEO
# 08 iyul 2015 12:53 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ölkədə mətbuatın inkişafı üçün bütün lazımi addımların atıldığını deyən Ə. Mehdiyev görülən işlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini vurğulayıb. O xatırladıb ki, 1998-ci ildə senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırılıb və Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra mətbuat daha sürətlə inkişaf etməyə başlayıb.

Ə. Mehdiyev prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli sərəncamına diqqəti cəlb edərək bildirib ki, bu sənədə uyğun olaraq hazırda ölkədə milli mətbuatın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Regional konfransda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev mövzu ətrafında məruzə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR